AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək
Tarix: 5-11-2021, 19:04 | Çap et
AZAL Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslər yerinə yetirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərinə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan verilən məlumata görə, uçuşlar noyabrın 25-dən həftədə bir dəfə, cümə axşamı günləri “Airbus A319/320” təyyarələri ilə yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Səudiyyə Ərəbistanına giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-saudi-arabia

Azərbaycanda COVID-19 testindən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics

Səudiyyə Ərəbistanının şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testini dövlət tərəfindən akkreditə olunmuş və PCR testi vasitəsilə analiz götürən istənilən klinikada və ya laboratoriyada keçmək mümkündür. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə olunur. QR-kod hava limanında rəsmiləşdirmə prosedurlarından keçidi sürətləndirməyə imkan yaradacaq.

COVID-19 testinin nəticələri uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net