Sərnişin stüardessanı döydü: Təyyarə təcili eniş etdi
Tarix: 29-10-2021, 19:35 | Çap et
Sərnişin stüardessanı döydü: Təyyarə təcili eniş etdi

Nyu-Yorkdan Kaliforniyaya uçan “American Airlines”a məxsus təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.

Təyyarənin təcili eniş etməyinə səbəb sərnişinin stüardessaya hücum etməsi olub.

Qeyd olunur ki, stüardessa salonda sərnişinlə az qala toqquşacaqmış. Bundan sonra stüardessa sərnişindən üzr istəyib.

Amma kişi stüardessadan qisas almaq qərarına gəlib. O, qadının arxasınca təyyarənin sonuna qədər gedərək onun üzünə iki zərbə endirib.

Ekipaj üzvləri təcili eniş etmək qərarına gəlib.

Hava limanında hücum edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: NBC News




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net