Moskva metrosu rekorda imza atacaq
Tarix: 29-10-2021, 12:54 | Çap et
Moskva metrosu rekorda imza atacaq

Rusiyanın paytaxtı Moskva şəhərində metro tarixində ilk dəfə olaraq eyni vaxtda 10 yeni stansiya açılacaq.

Bu barədə “Mosinjproekt”in mətbuat xidməti xəbər yayıb.

Stansiyalar Böyük Dairə Xəttinin (BDX) hissəsində açılacaq, hazırda orada 12 stansiya fəaliyyət göstərir.

Hesab olunur ki, yeni stansiyalar milyonlarla Moskva sakininə təyinat məntəqəsinə getmək üçün vaxta qənaət etməyə imkan verəcək.

Bundan əlavə, BDX uzunluğuna görə rekordçular siyahısına daxil edilə bilər. Hazırda ən uzun qol Pekin Metrosunun İkinci Dairə Xəttidir, onun uzunluğu 57 kilometrdir. Moskva BDX isə 70 kilometr olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net