Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib
Tarix: 25-10-2021, 10:15 | Çap et
Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bəzi kütləvi informasiya vasitələrində Koreya Xalq Demokratik Respublikasında (KXDR) dövlət çevrilişi ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Report”un məlumatına görə, bu barədə “Renhap” agentliyi xəbər verib.

Məlumata görə, Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon tərəfindən hakimiyyətdən uzaqlaşdırılması barədə xəbərləri təkzib edib.

Daha bir hökumət rəsmisi də agentliyə bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil.

“Yenhap” xatırladıb ki, bir sıra KİV-lər Amerikanın “Globe” tabloidinə istinadən, Kim Yo Çjonun bir müddət əvvəl dövlət çevrilişi etdiyini və Kim Çen İnı vəzifəsindən uzaqlaşdırdığını yazıb. Nəşrdə iddia edib ki, KXDR-in son tədbirlərində Şimali Koreya liderinin əvəzinə onun oxşarı iştirak edib.

KİV iddiaları onunla əsaslandırıb ki, Kim Çen Inın xarici görünüşü dəyişib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net