Kanar adalarında vulkandan sonra növbəti, ən güclü zəlzələ baş verib
Tarix: 21-10-2021, 02:33 | Çap et
Kanar adalarında vulkandan sonra növbəti, ən güclü zəlzələ baş verib

İspaniyanın vulkan püskürən La Palma adasında (Kanar adaları) 4,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ 39 km dərinlikdə olan Villa de Maso yaşayış məntəqəsində meydana gəlib.

Bu, bir ay əvvəl vulkan püskürmə başlayandan bəri ən güclü təkan olub. Son vaxtlar adada seysmoloji aktivlik nəzərəçarpacaq dərəcədə artıb.

Sentyabrın 19-da adada El Paso qəsəbəsi ərazisində vulkan püskürməsi başlayıb. Vulkan kraterindən vulkanik materialların aktiv şəkildə atılması baş verir. Təhlükəsizlik səbəbiylə təxminən 7 min adam təxliyə edilib. İndiyə qədər heç kim xəsarət almayıb. İndi lava təxminən 800 hektar əraziyə yayılıb, təxminən 2 min bina dağılıb.

Bundan əvvəl lava axınının okeana çatması və bunun da təhlükəli qazların sərbəst buraxılmasına səbəb olması bildirilmişdi. Tezliklə başqa bir axının sahilə çatması istisna edilmir.

Mənbə: TASS




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net