ABŞ Qarabağdakı separatçı-terrorçu erməni rejiminə 2 milyon dollar ayırdı... - Azərbaycan RƏSMƏN ETİRAZ ETMƏLİDİR
ABŞ Senatının maliyyə komitəsi keçmiş Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün 2 milyon dollar ayrıldığını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan teleqram-kanalları məlumat yayıb.
Xatırladaq ki, hələ 2021-ci il iyunun sonunda ABŞ Senatının 30-dan çox üzvü keçmiş Dağlıq Qarabağda bir sıra mina təmizlənməsi layihələri üçün qeyd eidlən məbləğdə maliyyə ayrılmasını istəmişdi.
Senatorlar Əfqanıstan, Laos, Şri Lanka, Angola, Zimbabveyə də eyni məqsədlə yardım göstərilməsini xahiş etmişdi.
2020-ci il noyabrın 17-də ABŞ “Dağlıq Qarabağ münaqişəsində zərər çəkən əhaliyə yardım” məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) 5 milyon dollar ayırmışdı.
Zəruri şərh:
Sözsüz ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün ayrılan 2 milyon dollarlıq vəsait Ermənistan hökuməti vasitəsilə Xankəndindəki separatçı-terrorçu rejimin sərəncamına veriləcək. Onun da Araik təki başçıları ötən 30 ildəki kimi həmin məbləğin çoxunu mina təmizləməyə yox, şəxsi bizneslərinə sərf edəcəklər...