Şimali Koreya Yapon dənizinə naməlum raket atıb
Tarix: 19-10-2021, 08:56 | Çap et
Şimali Koreya Yapon dənizinə naməlum raket atıb

Şimali Koreya Yapon dənizinə naməlum raket atıb.
Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumatına görə, bu barədə Yonhap agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Birgə Komitəsinə istinadən bildirib.

Məlumata əsasən, naməlum mərminin buraxılışı həyata keçirilib. Onun haqqında başqa heç bir məlumat verilməyib.

Yapon Sahil Mühafizəsi KXDR-in Yapon dənizinə ballistik raket atdığını bildirib və bölgədəki balıqçı gəmilərinə raketin qalıqlarının düşmə riski barədə xəbərdarlıq etdib.

Qeyd edək ki, sentyabr ayında Pxenyan yeni raket sınaqları keçirmişdi. 15 sentyabrda KXDR Yapon dənizinin Yaponiyaya aid olan ərazisi istiqamətində iki ballistik raket buraxmışdı. Sentyabrın 28-də Koreya Respublikası ordusu tərəfindən eyni istiqamətə qısa mənzilli raket buraxıldığını barədə məlumat verilmişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net