Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək
Tarix: 25-09-2021, 11:24 | Çap et
Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

“Taliban” Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa cinayətkarların əlləri və ayaqları kəsiləcək.

“Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir”, - deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

Əzaların kəsilməsi və edam hökmlərinin ictimaiyyət qarşısında keçirilib-keçirilməməsi barədə “Taliban” hələ bir qərara gəlməyib.

Qeyd edək ki, Nuruddin Turabi yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net