İranda 5,2 bal gücündə zəlzələ
Tarix: 13-09-2021, 10:39 | Çap et
İranda 5,2 bal gücündə zəlzələ

İranın Rəzəvi Xorasan ostanında bu gün yerli vaxtla 08:32-də 5,2 bal gücündə zəlzələ baş verib.

Tehran Universiteti Seysmologiya Mərkəzinin açıqlamasına görə, zəlzələnin episentri Qoçan şəhəridir.

Altı kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgəyə ilk yardım qrupları cəlb edilib.

Dağıntı və ya tələfatlar barədə məlumat daxil olmayıb.

Mənbə: “Mehrnews”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net