“Taliban” nümayəndəsi Zabiulla Mücahid Pəncşir istiqamətində irəlilədiklərini açıqlayıb.
Onun sözlərinə görə, taliblər 11 nəzarət buraxılış məntəqəsini ələ keçiriblər, müqavimət hərəkatının ən azı 343 döyüşçüsü öldürülüb. Onlardan ikisinin komandir heyətindən olduğu bildirilir.
“Pəncşirin əsas yoluna çatdıq və Şital rayonunu tutduq. Sadəcə iki döyüşçümüz yaralandı”, - deyə Z.Mücahid qeyd edib.
Əfqanıstanın Pəncşirdəki müqavimət qüvvələri isə, öz növbəsində, bir gecədə 350 talibançının məhv edildiyini bildirib.
Bu barədə Əfqanıstan Milli Müqavimət Cəbhəsinin “Twitter” səhifəsində yazılıb:
“Dünən gecə milli müqavimət döyüşçüləri Pəncşir vadisindəki əraziləri ələ keçirməyə çalışan 350 “Taliban” terrorçusunu öldürdü. Onların silahları ələ keçirildi”.
Mənbə: “RİA Novosti”