Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin yaratdığı immunitet barədə danışıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Tver vilayətinin qubernatoru İqor Rudnevlə görüşdə V. Putin peyvənd olunandan sonra antitel göstəricilərinin yaxşı olduğunu vurğulayıb.Qeyd edək ki, V. Putin bu ilin martın 23-də COVID-19 əleyhinə “Sputnik V” peyvəndinin ilk dozasını qəbul edib.