Bayden İŞİD-i vurmaq üçün plan hazırlamağı əmr edib
Tarix: 27-08-2021, 04:32 | Çap et
Bayden İŞİD-i vurmaq üçün plan hazırlamağı əmr edib
“ABŞ Silahlı Qüvvələri İŞİD terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbə endirmək planları hazırlayacaq”.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kabildə baş verən terror aktı ilə əlaqədar Ağ Evdə çıxışı zamanı bildirib. “Mən komandirlərimə Xorasandakı hədəfləri və İŞİD rəhbərliyini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etdim. Onlara güc və dəqiqliklə reaksiya verəcəyik”, deyə Bayden vurğulayıb.

ABŞ lideri deyib ki, “Taliban” İŞİD yaraqlılarına Kabildə terror təşkil etməkdə kömək etməyib və gələcəkdə onlara kömək etməyəcək: “Hələlik, bu gün baş verənləri və gələcəkdə də davam etməsi gözlənilənləri həyata keçirmək üçün “Taliban” və İŞİD arasında bir sui-qəsd planının olduğuna dair heç bir dəlil, sübut yoxdur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net