Ermənistan parlamentində yenidən qalmaqal olub - yenə də fasiləyə gedəsi oldular...
Tarix: 25-08-2021, 13:54 | Çap et
Ermənistan parlamentində yenidən qalmaqal olub - yenə də fasiləyə gedəsi oldular...

Bu gün Ermənistan parlamentində ikinci dəfə insident baş verib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, parlament deputatlar arasında davaya görə elan edilmiş fasilədən sonra fəaliyyətini bərpa edib.

Fasilədən sonra yenidən insident yaşanıb və növbəti fasilə elan olunub.

Belə ki, iqtisadi məsələlər üzrə parlament komissiyasının rəhbəri, müxalif “Hayastan” fraksiyasının deputatı Vaqe Akopyanın çıxışı zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputatlar ona mane olublar. Parlament spikeri bir neçə dəfə müxalifət və iqtidar deputatlarına xəbərdarlıq edib.

İqtidar deputatlarından biri V.Akopyanı təhqir etməyə başlayıb və bundan sonra o, tribunanı tərk edərək “Vətəndaş Müqaviləsi” fraksiyası üçün ayrılmış sektora hücum edib.

Bu zaman parlament rəhbərliyi yenidən fasilə elan edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net