Bayden: “Daha çox gənci müharibəyə göndərmədiyim üçün haqlıyam”
Tarix: 23-08-2021, 08:50 | Çap et
Bayden: “Daha çox gənci müharibəyə göndərmədiyim üçün haqlıyam”

ABŞ prezidenti Cozef Bayden hesab edir ki, o, Birləşmiş Ştatların hərbçilərinin Əfqanıstandan çıxarılması ilə bağlı düzgün qərar qəbul edib.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

"Mənim işim heç kimin edə bilməyəcəyi və ya etməyəcəyi mühakimələri etməkdir. Mən bunu etdim, əminəm ki, daha çox gənc kişi və qadını müharibəyə göndərmək qərarına gəlmədiyim üçün haqlıyam", - Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

Beləliklə, Bayden amerikalıların əksəriyyətinin Əfqanıstanda hadisələrin inkişafını bəyənmədiyi rəy sorğularına şərh vermək istəyinə cavab verib. ABŞ prezidenti qeyd edib ki, bu anketləri görməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net