Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək"
Tarix: 15-08-2021, 13:40 | Çap et
Əfqanıstan DİN: "Hakimiyyət “Taliban”a dinc yolla veriləcək"

Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib. O, qeyd edib ki, radikal hərəkatın silahlıları paytaxta hücum etməyəcəklər.

“Kabil hücuma məruz qalmayacaq, hakimiyyət dinc yolla ötürüləcək”, - deyə nazir “TOLO News” telekanalının efirində bildirib.

Mirzakval paytaxt sakinlərini əmin edib ki, təhlükəsizlik orqanları Kabilin təhlükəsizliyini təmin edəcəklər.

Öz növbəsində “Taliban” hərəkatının nümayəndələri də bildiriblər ki, vətəndaşların təhlükəsizliyi təmin olunacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net