Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb
Tarix: 25-07-2021, 14:41 | Çap et
Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları qaldırıb

Yaponiya Rusiyaya qarşı yeni ərazi iddiaları ilə çıxış edib.

URA.RU Yaponiyanın “Qütb tədqiqatları Milli İnstitutuna” (NIPR) istinadən xəbər verir ki, iddialar Qərbi Antarktida bölgəsinə aiddir.

Belə ki, 1911-12 illərdə yaponlar bu ərazilərdə antarktik ekspedisiya təşkil ediblər və buna görə mövcud “Russkaya” stansiyasının fəaliyyətini qeyri-qanuni hesab edirlər.

Rusiya isə öz növbəsində Antarktida qitəsində Meri Berd sahillərinin hələ 1820-ci ildə rusiyalı admirallar Bellinqsqauzen və Lazarev tərəfindən açıldığını bildirir.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında Cənubi Kuril adaları ətrafında ərazi münaqişəsi mövcuddur. Bu səbəbdən iki ölkə arasında II Dünya Müharibəsindən sonra sülh müqaviləsi hələ də imzalanmayıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net