"Pegasus" casus proqramı şəhzadələri də dinləyib
Tarix: 22-07-2021, 12:31 | Çap et
"Pegasus" casus proqramı şəhzadələri də dinləyib

İsrailin "NSO" şirkəti tərəfindən hazırlanan "Pegasus" casus proqramının hədəf aldığı adlar arasında iki Dubay şahzadəsi də var.

Müsavat.com bildirir ki, araşdırmalardan məlum olub ki, bir müddət əvvəl Dubay əmirinin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qaçan qızı Lətifə və Londona qaçmağa müvəffəq olan xanımı şahzadə Hayanın telefon danışıqları izlənilib.

Bu iddia Beynəlxalq Əfv Təşkilatı tərəfindən irəli sürülüb. Təşkilat bununla da "NSO " şirkətini hədəf alaraq onu "insan haqlarını pozmaqda" günahlandırıb.Təşkilat ayrıca nəzarətsiz kəşfiyyat sənayesi üçün tənzimləmə tələb edib.

"NSO Group" şirkəti isə səhv bir iş görmədiyi haqda açıqlamasını təkrar edib. Şirkət bu izləmələrin "terror və digər cinayətlərin qarşısını almaq üçün" həyata keçirdiyini və insan haqlarına hörmətlə yanaşan ölkələrə satın alma haqqını tanıdığını qeyd edib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net