Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)
Tarix: 9-06-2021, 01:06 | Çap et
Məşhur Anonymous hacker qruplaşması Elon Musk-a müharibə elan edib (VİDEO)

Anonymous adlı məşhur hacker qruplaşması yeni video yayımlayıb və həmin videoda SpaceX ilə Tesla şirkətlərinin CEO-su Elon Musk-a müharibə elan edib. Bu barədə Daily Mail saytı xəbər verib. Son zamanlar Elon Musk kriptovalyuta bazarını sözün əsl mənasında yerindən oynadır. O bunu çox zaman troll xarakterli tweet-ləri ilə edir. Başqa sözlə desək, hackerlər Musk-ın kriptovalyuta bazarına bir söz ilə necə təsir göstərdiyindən narazıdırlar. Çünki Musk bir tweet-i ilə kriptovalyuta bazarını həm qaldıra həm də endirə bilir.

“Son illər ərzində siz milyarderlər sinifinin nümayəndələri arasında olan əlverişli nüfuzunuzdan istifadə etmisiniz. Çünki siz, bizim çoxumuzun elektromobillərdən ibarət dünyada yaşamaq və kosmosu mənimsəmək kimi arzularımızı reallaşdırmısınız. Lakin son zamanlarda insanlar sizin daha bir narsist varlı insan tərəfinizi görürlər və həmin tərəfiniz diqqətə ehtiyac duyur” - deyə videoda qeyd edilib. Hackerlər bildiriblər ki, investisiya prosesi zamanı həmişə risklər mövcuddur. Lakin buna baxmayaraq Musk-ın tweet-ləri çalışan orta sinif insanlara qarşı laqeydliliyi sərgiləyirlər.



Technote.az




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net