Kanadada koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib
Tarix: 30-05-2021, 14:57 | Çap et
Kanadada koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib

Kanadanın paytaxtı Ottava şəhərində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, aksiyada yüzlərlə insan iştirak edib.

Etirazçılar federal və yerli hakimiyyət orqanlarından maska taxmağı, peyvənd vurulmasını, qapanmaları, bir sözlə, əhalinin yaşayış tərzinə mənfi təsir edən, sağlamlığa psixi təsir edən bütün məhdudiyyətlərin ləğv olunmasını tələb ediblər.

"İki aydır ki, Ontarioda bütün kiçik müəssisələr və məktəblər bağlıdır. Dövlətin müavinətləri xərcləri ödəmədiyi üçün sahibkarlar iflasa uğrayır, evdə dəli oluruq, məktəblər, iş yerləri bağlıdır, evdə işləməliyik”, aksiya iştirakçılarından biri etirazını ifadə edib.

Qeyd edək ki, Kanadada hazırda aprelin 1-dən iyunun 2-dək maska rejimi və digər məhdudiyyətlər qüvvədədir. Daha sərt karantin rejimi 14,5 milyon sakinin məskunlaşdığı Ontario əyalətində (Ottava və Toronto bu ərazi vahidində yerləşir - red.) tətbiq edilib.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net