Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi
Tarix: 12-05-2021, 06:45 | Çap et
Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi
Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.

vertikal “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin hərbi hava qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.

Türkiyənin Hərbi Qüvvələri “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirirlər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net