NATO ölkələri liderlərinin bu il keçiriləcək sammitinin vaxtı açıqlanıb
Tarix: 22-04-2021, 11:30 | Çap et
NATO ölkələri liderlərinin bu il keçiriləcək sammitinin vaxtı açıqlanıb
NATO ölkələri liderlərinin 2021-ci ildə keçiriləcək sammitinin vaxtı açıqlanıb.

VERTİKAL.AZ-nın xəbərinə görə, NATO Baş katibi Yens Stoltenberq bildirib ki, sammit iyunun 14-də Brüsseldə NATO-nun baş qərargahında keçiriləcək.

“Bu sammitdə bu günün və sabahın çətinliklərinin öhdəsindən gəlmək üçün əsaslı və gələcəyə yönəlmiş NATO 2030 gündəliyimiz haqqında qərarlar qəbul edəcəyik. Sammitin gündəliyində Rusiyanın aqressiv hərəkətləri, terror təhlükəsi, kiber hücumlar, meydana çıxan dağıdıcı texnologiyalar, iqlim dəyişikliyinin təhlükəsizliyə təhdidi və Çinlə bağlı məsələlər müzakirə olunacaq”, - deyə Y. Stoltenberq qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net