Rusiyadan MDB ölkələrinə XƏBƏRDARLIQ:"İyun ayının 15-nə qədər ..."
Tarix: 17-04-2021, 06:08 | Çap et
Rusiyadan MDB ölkələrinə XƏBƏRDARLIQ:"İyun ayının 15-nə qədər ..."

RF(Rusiya Federasiyası) Daxili işlər nazirliyi MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında bəyan edib.

Rusiyadan MDB ölkələrinə XƏBƏRDARLIQ:"İyun ayının 15-nə qədər ..."

Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

“Əgər biz bu rəqəmi iyun ayının 15-nə qədər təmizləməsək o zaman prezidentin fərmanına əsasən həmin şəxslər ölkədən çıxarılmağa və sərhədlərin bağlanmasına qədər cəzaya məruz qalacaqlar”, - deyə Aleksandr Qorovoy vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net