Çavuşoğlu: “ABŞ-ın terror təşkilatlarına dəstəyi münasibətlərimizə mənfi təsir edəcək”
Tarix: 15-04-2021, 15:02 | Çap et
Çavuşoğlu: “ABŞ-ın terror təşkilatlarına dəstəyi münasibətlərimizə mənfi təsir edəcək”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla və üz-üzə görüşləri barədə açıqlamalar verib.

NTV-yə müsahibəsində Çavuşoğlu bildirib ki, S-400, FETÖ, ABŞ-ın terror təşkilatlarına verdiyi dəstəkdən bəhs edilib.

“Yol xəritəsi ilə irəliləməyə razıyıq. Türkiyənin fikirlərini ifadə edən sənədi ABŞ-a təqdim etdik. Birləşmiş Ştatlar hazırda bu sənəd üzərində işləyir”.

Türkiyəli nazir qeyd edib ki, ikitərəfli münasibətlərdə dialoqları davam etdirmək üçün Əfqanıstan, Suriya və regional mövzularda nə edə biləcəkləri barədə müzakirələr aparıblar:

“İki ölkənin birlikdə iş planının olması ümidverici məqamdır. Digər problemləri həll etmək üçün yol xəritəsində birlikdə nələr edə biləcəyimiz barədə danışıqlar aparmalı və sonra onları həyata keçirməliyik”.

Çavuşoğlu vurğulayıb ki, ABŞ terror təşkilatlarına dəstək verməyə davam edərsə, bu münasibətlərimizə mənfi təsir göstərəcək.

ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesi ilə əlaqədar olaraq, bildirib ki, Türkiyə Əfqanıstanda davamlı sülhü və sabitliyi dəstəkləyir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net