Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin vətəndaşlığının ləğv edilməsi barədə fərman imzalayıb.
Azvision.az “RBK-Ukrayna” saytına istinadla xəbər verir ki, Ukrayna vətəndaşlığı ləğv edilənlərdən biri də erməni əsilli Araik Amirxanyandır.
Qeyd edək ki, Araik Amirxanyan tanınmış erməni əsilli iş adamıdır. O, korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.