Nigerdə məktəbdə yanğın olub, 20-yə yaxın şagird yanaraq ölüb
Tarix: 14-04-2021, 10:21 | Çap et
Nigerdə məktəbdə yanğın olub, 20-yə yaxın şagird yanaraq ölüb

Nigerin paytaxtı Niameydə məktəbdə baş verən yanğın nəticəsində 20-yə yaxın şagird yanaraq ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, hadisə dərs zamanı qeydə alınıb.

Məlumata görə, 21 sinif otağı qəfildən yanmağa başlayıb. Alov güclü olduğundan yanğının qarşısını almaq mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, BMT-nin 189 ölkədən formalaşan İnsanın İnkişafı İndeksində Niger dünyanın ən kasıb dövləti olaraq sonucu sırada qərar tutub. Ölkədə minlərlə məktəb saman daxmalardan ibarətdir. Siniflərdə sıxlıq olduğundan şagirdlər dərs zamanı yerdə əyləşirlər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net