Səudiyyə Ərəbistanının Ali Məhkəməsi: Ramazanla bağlı qərar sabah veriləcək
Tarix: 12-04-2021, 15:21 | Çap et
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi: Ramazanla bağlı qərar sabah veriləcək
Səudiyyə Ərəbistanının Ali Məhkəməsi bu gün Ramazan hilalının görünmədiyini və bu səbəbdən müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının Fars körfəzi ölkələrində bu gün başlamayacağını bildirib.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Məhkəmənin məlumatında deyilir.

“Hilalın görünməməsi səbəbindən məhkəmə Ramazan ayının başlaması barədə qərar vermək üçün sabah axşam toplanacaq”, – məlumatda deyilir.

Bir çox başqa ərəb ölkələri də bu mövzuda Səudiyyə Ərəbistanının qərarını nəzərə alırlar. Orucluq ayı Misir, İraq, Tunis, Livan, Küveyt, Yəmən, Oman, Birləşmiş Ərəb Əmirliklərində də bazar ertəsi günü başlamayacaq.

Bu ölkələrdə Ramazan hilalını bazar ertəsi günü görmək mümkün olmasa, bir çox ərəb ölkəsində orucluq, çox güman ki, çərşənbə axşamı, yəni 30 gündən ibarət olan Şaban ayının bitməsindən sonra başlayacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net