Donald Tramp 2024-cü ildə respublikaçı siyasətçinin qalib gələcəyini bildirib
Tarix: 11-04-2021, 14:22 | Çap et
Donald Tramp 2024-cü ildə respublikaçı siyasətçinin qalib gələcəyini bildirib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2022-ci ildə Konqresə keçiriləcək seçkilərdə respublikaçılara kömək göstərəcəyini vəd edib.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, o, bu bəyanatını Respublikaçılar partiyasının Milli Komitəsinin donorlarının onun Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirilən nahar yeməyində verib.

Həmin naharda Donald Tramp keçmiş vitse-prezident Maykl Pens və Respublikaçıların Senatdakı fraksiyasının rəhbəri Mitç Makkonellə olan qəzəbini gizlədə bilməyib. Eks-prezident hələ də Ağ Evi itirməsi ilə barışmadığını açıq-aşkar deməkdən çəkinməyib.

Donald Tramp daha sonra 2024-cü ildə Ağ Evdə yenidən bir respublikaçı liderin oturacağına əminliyini ifadə edərək, özü olmasa belə istənilən vahid namizədə dəstək verəcəyini söyləyib.

Donald Trampın Mitç Makkonelə kininin səbəbi sonuncunun vaxtilə prezident seçkilərində Co Baydenin qələbəsini tanıması ilə bağlıdır. Keçmiş prezident Ağ Evdəki tərəfdaşı, keçmiş vitse-prezident Maykl Pensi Senatda, seçicilər kollegiyasının səsverməsinə mane olmadığı üçün bağışlaya bilmir.

Qeyd edək ki, hazırda Respublikaçıların içərisində 2024-cü il üçün iki siyasətçinin ismi önə çıxıb. Bunlardan biri keçmiş dövlət katibi Maykl Pompeo, digəri isə Florida ştatının qubernatoru Ron De Santisdir.

Bu il aprelin 8-də Donald Trampın keçmiş köməkçisi və vəkili Rudolf Culiani Nyu-York ştatı qubernatorluğu uğrunda seçkilərə qatılmaq niyyətini açıqlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net