Nyu-Yorkda marixuananın istifadəsinə icazə verildi
Tarix: 31-03-2021, 12:50 | Çap et
Nyu-Yorkda marixuananın istifadəsinə icazə verildi

ABŞ-da Nyu-York Dövlət Qanunverici Məclisinin hər iki palatası marixuana istifadəsini leqallaşdırmaq barədə qanunun lehinə səs verib.

Bu barədə “Axios” nəşri xəbər yayıb.

Qanun layihəsi bununla əlaqəli ittihamlarla mühakimə olunan minlərlə ştat sakininin hökmünü aradan qaldıracaq.

2020-ci ildə narkotiklərlə əlaqəli həbslərin 94 faizi qaradərili əhali arasında qeydə alınıb.

Bundan əlavə, səlahiyyətlilər yeni sənayenin 30-60 min yeni iş yeri yaradacağını və xəzinəyə hər il əlavə 350 milyon dollar daxil olacağını gözləyirlər.

Ştatın qubernatoru Endryu Kuomo artıq qanun layihəsini imzalayacağını deyib. Qeyd edilir ki, bundan sonra Nyu-York marixuana istifadəsinə icazə verilən 15-ci ABŞ ştatı olacaq.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net