Donald Tramp: “Vaxtilə mənim qərargahımı dinlənilməsi hadisəsini araşdıran prokuror hara yoxa çıxıb”
Tarix: 27-03-2021, 17:24 | Çap et
Donald Tramp: “Vaxtilə mənim qərargahımı dinlənilməsi hadisəsini araşdıran prokuror hara yoxa çıxıb”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı ildə qərargahının dinlənilməsi hadisəsini araşdıran xüsusi prokuror Con Daremin taleyi ilə maraqlanıb.

Bu barədə “The Washington Times” qəzetində məlumat yayılıb.

“Darem hardadır? Görəsən o, hələ nəfəs alır? Ümumiyyətlə, nə vaxtsa Con Daremin hesabatı yayılacaqmı?”-deyə Donald Tramp istehzalı sual ünvanlayıb.

Qeyd edək ki, Con Darem 2019-cu ilin aprelində ABŞ-ın keçmiş baş prokuroru Uilyam Barr tərəfindən Trampın bütün hakimiyyət dövrünə kölgə salan “Rusiya işi”ni araşdırmaq üçün təyin olunmuşdu.

Ötən ilin oktyabr ayında Uilyam Barr onu prokurorluqdan “xüsusi prokuror”luğa qədər yüksəltmiş, bununla da təhqiqatın növbəti prezidentin dövründə belə davam etdirilməsini təminat altına almışdı.

U.Barrın sözlərinə görə, əvvəlki araşdırmalardan fərqli olaraq Con Darem əsasən FTB-nin 2016-cı ildəki fəaliyyəti üzərində köklənəcəkdi.

Lakin bu təhqiqat sadəcə olaraq adi məhkəmə istintaqına gətirib çıxarıb. FTB-nin bir keçmiş təmsilçisi isə Donald Trampın sabiq müşaviri Karter Peycin izlənilməsi işində dəlilləri gizlətdiyi üçün yüngül cəzaya məruz qalıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net