Pentaqon: KXDR-in raket sınağı təhlükəlidir
Tarix: 25-03-2021, 07:54 | Çap et
Pentaqon: KXDR-in raket sınağı təhlükəlidir
Koreya Xalq Demokratik Respublikasının raket sınağı qonşu ölkələr və dünya ictimaiyyəti üçün təhlükə törədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığından bildirilib.

"Koreya Xalq Demokratik Respublikasının bu səhər raket sınağı bizə məlumdur. Biz vəziyyəti izləməyə davam edəcəyik və müttəfiqlərimizlə, tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Bu fəaliyyət KXDR-in qanunsuz silah proqramının qonşu ölkələrə və beynəlxalq ictimaiyyətə təhlükə yaratdığını vurğulayır", - Hind-Sakit Okean Komandanlığının sözçüsü Mayk Kafka TASS-a bildirib.

"ABŞ-ın Cənubi Koreya və Yaponiyanın müdafiəsinə sadiqliyi sarsılmaz qalır", - komandanlığın nümayəndəsi vurğulayıb.

Daha əvvəl Yaponiyanın baş naziri Yosihide Suqa bildirib ki, Koreya Xalq Demokratik Respublikası ilk dəfə ötən ilin 29 martından sonra ballistik raketləri işə salıb. Hökumət başçısı Pxenyanın bu hərəkətlərini Yaponiya və regionun təhlükəsizliyi üçün təhdid adlandırıb. Baş nazir qeyd edib ki, raket sınaqları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net