Ərdoğan: “Baydenin Putin barədə dedikləri dövlət başçısına yaraşmır”
Tarix: 19-03-2021, 15:21 | Çap et
Ərdoğan: “Baydenin Putin barədə dedikləri dövlət başçısına yaraşmır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putin haqda dediklərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan qeyd edib ki, C. Baydenin Rusiya Prezidenti barədə dedikləri dövlət başçısına yaraşmır.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə ABŞ-da keçirilən Prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcəyini deyib. Vladimir Putin haqqında danışan ABŞ Prezidenti əlavə edib ki, o, Rusiya liderinin ruhu olduğunu düşünmür.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net