Zakaryandan erməni polisinə müraciət: - “5000-dən çox ölünü unutmayın”
Tarix: 10-03-2021, 10:54 | Çap et
Zakaryandan erməni polisinə müraciət: - “5000-dən çox ölünü unutmayın”
Ermənistanda siyasi vəziyyət daha da gərginləşib.
Azvision.az xəbər verir ki, baş qərargah rəisinin vəzifədən uzaqlaşdırılması ilə bağlı qalmaqallı hadisələr fonunda bu gün müxalifət yeni, daha böyük mitinq keçirməyi planlaşdırır.

Mitinq öncəsi Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkə polisinə açıq müraciət ünvanlayıb. O bugünkü mitinqin qiyama çevrilməməsi üçün bölgələrdən də paytaxta cəlb edilmiş polisə çağırış edərək müxalifətin aksiyasında iştirak edənlərə qarşı zor tətbiq etməməyi məsləhət bilib.

"Satqın Nikoldan aldığınız istənilən əmri yerinə yetirməzdən əvvəl düşünün ki, sizin ləyaqətiniz üçün mübarizə aparan insanlara qarşı çıxacaqsınız. Damarlarınızda erməni qanı axır, qarşınızda isə qardaşlarınız və bacılarınız dayanırlar. Bu gün polisdən yalnız vətəndaşların keçirdiyi aksiyaya dinc şəkildə nəzarət etməsi gözlənilir. Əgər öz dəyənəkləriniz və xüsusi vasitələrinizdən istifadə etməyə qərar verirsinizsə, ölən dostlarınızı, 5000-dən çox ölünü unutmayın".




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net