Vaşinqton Türkiyənin Pakistana helikopter satmasına əngəl olub - S-400-lərə görə
Tarix: 8-03-2021, 16:33 | Çap et
Vaşinqton Türkiyənin Pakistana helikopter satmasına əngəl olub -  S-400-lərə görə
“Vaşinqton Türkiyənin 30 ədəd ATAK helikopterinin Pakistana çatdırılmasına əngəl olub”.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Bloomberg” agentliyinə müsahibəsində ABŞ-ın Rusiya istehsalı S-400 zenit raket komplekslərinin alınmasına görə Ankaraya tətbiq etdiyi sanksiyaların nəticəsindən danışarkən bildirib.

“Bu, ehtimal ki, sözügedən tenderin Çinə getməsinə səbəb olacaq və burada uduzan ABŞ olacaq”, - deyə İ.Kalın bildirib.

Türkiyə prezidentinin sözçüsü bildirib ki, ABŞ-ın “Patriot” hərbi hava hücumundan müdafiə (HHM) sistemlərinin Türkiyəyə tədarükündən imtina etməsi səbəbi ilə Ankara S-400 almağa qərar verib. Eyni zamanda Fransa da Türkiyənin Suriyadakı fəaliyyətləri səbəbi ilə “Eurosam” Fransa-İtalya konserninin hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı bu ölkə ilə danışıqları dayandırıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net