Saakaşvilinin partiyasının ofisinə hücum...
Gürcüstanın Qori şəhərində yerləşən eks-prezident Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyasının ofisinə hücum olub.
Bu barədə “RİA Novosti” Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Faktla bağlı 1994 və 1966-cü il təvəllüdlü iki nəfər saxlanılıb. Ofisin pəncərələrinə ziyan vuran şəxsləri üç ilə qədər həbs cəzası gözləyir.