Medvedev Putin və Bayden arasındakı danışıqların bəzi detallarını açıqladı
Tarix: 1-02-2021, 14:38 | Çap et
Medvedev Putin və Bayden arasındakı danışıqların bəzi detallarını açıqladı
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden arasında ilk telefon danışığının bəzi təfərrüatını açıqlayıb.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Medvedevin sözlərinə görə, dövlət başçıları digər mövzularla yanaşı, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün sammitinin keçirilməsinin mümkünlüyünü də müzakirə ediblər:

“Amerikalı həmkarlar deyiblər ki, bu fikir üzərində işləyəcəklər, qoy işləsinlər”.

Medvedev qeyd edib ki, əsas məsələ sammitin “əhəmiyyət kəsb etməsidir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net