Qəribə təsadüf: Baydenin inauqurasiyasından sonra çox sayda adam qəfil milyoner oldu
Tarix: 27-01-2021, 12:29 | Çap et
Qəribə təsadüf: Baydenin inauqurasiyasından sonra çox sayda adam qəfil milyoner oldu

ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçmə mərasimindən sonra altı gün ərzində ölkə daxilində 69 nəfər lotereyada bir milyon və ya daha çox ABŞ dolları qazanıb.

“Newsweek” bununla bağlı xəbər yayıb.

“Powerball” lotereyasının qalibi Baydenin vəzifəyə başlamasından təxminən 12 saat sonra Merilənddə 730 milyon dollarlıq “Cek Pot” udub.

İki gün sonra Miçiqan ştatında 1 milyard dollarlıq “Mega Millions” lotereya bileti qalib olub. Bu, ABŞ tarixindəki üçüncü milyardlıq “Cek Pot”dur.

Qeyd edək ki, Baydenin andiçmə mərasimi yanvarın 20-də baş tutub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net