Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 110 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 247 915, ölənlərin sayı isə 2 958 nəfərə çatıb.
Virusa yoluxanlardan 234 636 nəfərin sağaldığı bildirilir.