Rusiyanın qurumlararası nümayəndə heyəti Azərbaycan və Ermənistana səfər edəcək
Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ölkəsinin Dağlıq Qarabağla bağlı Bakı və İrəvanla bütün səviyyələrdə təmasları davam etdirdiyini söyləyib.