İraq və Səudiyyə Ərəbistanı OPEC çərçivəsində əməkdaşlıq edəcək
Tarix: 11-11-2020, 17:21 | Çap et
İraq və Səudiyyə Ərəbistanı OPEC çərçivəsində əməkdaşlıq edəcək
İraq və Səudiyyə Ərəbistanı OPEC çərçivəsində mövqelərini koordinasiya etməyə və enerji sektorunda əməkdaşlığa dair razılığa gəlib.

"APA-Economics"in SPA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki ölkənin Koordinasiya Şurasının birgə açıqlamasında deyilir.

Çərşənbə axşamı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və İraqın Baş naziri Mustafa əl-Kazemi arasında video-konfrans formatında görüş keçirilib. Görüş zamanı tərəflər iki ölkənin Koordinasiya Şurasının dördüncü iclasının nəticələri müzakirə olunub.

"Tərəflər enerji sektorunda əməkdaşlığın və OPEC və "OPEC+" çərçivəsində neft sektorundakı təcrübə mübadiləsinin və mövqelərin koordinasiyasının vacibliyini, eyni zamanda, konsensusun əldə olunduğu bütün razılaşmalara tam riayət olunmasının əhəmiyyətini vurğulayıblar ki, bu da dünya bazarlarında ixracatçı və istehlakçıları qane edən ədalətli neft qiymətlərinə nail olmağı təmin edir", - məlumatda deyilir.

İraq həmçinin, Səudiyyə Ərəbistanı şirkətlərini İraq iqtisadiyyatına investisiya yatırmağa çağırıb və ölkənin müxtəlif sahələrdə perspektivli imkanlara sahib olduğunu qeyd edib.

Yeni "OPEC+" razılaşmasının icrasına may ayında 3 ay ərzində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından alyans hasilatı azaltmağı davam edib – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə, 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net