74 yaşında meydana çıxaraq Ginnesin rekordları kitabına düşüb
Tarix: 18-10-2020, 22:02 | Çap et
74 yaşında meydana çıxaraq Ginnesin rekordları kitabına düşüb
Misirli futbolçu Ezzeldin Bahader Ginnesin rekordları kitabına düşüb.

Apasport.az saytının məlumatına görə, 74 yaşlı afrikalı ölkə çempionatının 3-cü liqasında oyunu əvəzolunmadan keçirib.

Bununla da Bahader futbol tarixinin ən yaşlı peşəkar oyunçusu olub. Bu ilin martında da meydana çıxan və hətta penaltidən qol vuran veteran son matçında 11 metrlik cərimə zərbəsini qaçırıb. Rekordun qeydə alındığı görüşdən sonra Bahaderlə anlaşmaya xitam verilib.

Qeyd edək ki, bunadək ən yaşlı peşəkar oyunçu 73 yaşlı israilli İsaak Hayik idi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net