Çavuşoğlu: “Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal deyil”
Tarix: 5-10-2020, 15:25 | Çap et
Çavuşoğlu: “Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal deyil”

“Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına hücumları yeni hal deyil”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli nazir Xocalıda 600-dən çox günahsız insanın qətlə yetirildiyini xatırladıb.

“Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir. Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. Bu, beynəlxalq cinayətdir. Bütün beynəlxalq təşkilatlar, dövlətlər bu məsələdə ya hər iki tərəfə eyni münasibət göstərirlər, ya da Ermənistanın tərəfini tuturlar. NATO da bu məsələdə hər iki tərəfə eyni münasibəti nümayiş etdirir. Güclünün deyil, haqlının yanında olmaq lazımdır. 30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə M. Çavuşoğlu qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net