“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.
APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur: "Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”.
ABŞ lideri bildirib ki, son 3 il yarımda Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərclənib: “Hazırda yeni raketlərimiz var. Ümid edirəm ki, bu silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız ən yaxşı vəziyyətdədir”.