Türk qırıcıları yunan "F-16"-larını Şərqi Aralıq dənizi bölgəsindən uzaqlaşdırıb - VİDEO
Tarix: 29-08-2020, 04:23 | Çap et
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri Aralıq dənizi səmasında Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısını bölgədən uzaqlaşdırıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

“27 Avqust 2020-ci il tarixində Yunanistana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçub və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşıb. “F-16” qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını alıb və bölgəni tərk etməyə məcbur edib”, - açıqlamada belə deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri “Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafeyini qorumaqda davam edəcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net