Yaponiyanın Baş naziri Şinzo Abenin istefa verəcəyi gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı mənbələrinə istinadən məlumat yayıb. Baş nazirin səhhətində yaranan problemlərlə əlaqədar postundan gedəcəyi bildirilib. Baş nazir Abenin bu gün mətbuat konfransı keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Baş nazir son bir neçə gündə bir neçə dəfə xəstəxanaya müraciət edib. Baş nazirin ofisi onun səhhətində hansı problemin olduğunu açıqlamayıb.
Zümrüd Paşkin