Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri doludan ciddi ziyan görüb
Tarix: 22-08-2020, 11:07 | Çap et
Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri doludan ciddi ziyan görüb
Ötən gün axşam saatlarında Gürcüstanın Dmanisi rayonuna düşən dolu ciddi problemlər yaradıb.

“Report”un yerli bürosu xəbər verir ki, təbii fəlakət nəticəsində azərbaycanlıların yaşadığı Yaqublu və Məmişlər ilə yanaşı daha beş kəndə də ziyan dəyib.

İntensiv yağıntılar yerli fermerlərə ciddi zərər vurub, meyvə bağları və əkin sahələrini yararsız hala salıb. Dmanisi meriyası təbii fəlakətin vurduğu zərərin həcmini hesablamağa başlayıb.

Dolu Saqareco bələdiyyəsinin bir neçə kəndində də fəsadlara səbəb olub. Elektrik xətləri zədələndiyindən abunəçilərin bir hissəsi işıqsız qalıb.

Qeyd edək ki, sinoptiklər Gürcüstanda qeyri-sabit hava şəraitinin avqustun 25-dək davam edəcəyini proqnozlaşdırıblar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net