Rusiya hökuməti ölkənin regionlarındalı məktəblilər üçün yeni avtobusların alınmasına 5 milyard rubl (116 milyon manat) vəsait ayırıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Sənədə əsasən, həmin vəsaitlə azı 2 100 avtobus alınacaq. Onların böyük hissəsi ilə kənd yerlərində yaşayan məktəblilər daşınacaq.