Gürcüstanda daha
9 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent müalicə olunaraq sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 370 nəfərə, sağalanların sayı isə 1 108-ə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.
Hazırda Gürcüstan 6 903 nəfər karantində, 278 nəfər isə stasionar nəzarətdə saxlanılır.