Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək
Tarix: 18-08-2020, 10:24 | Çap et
Gürcüstanın baş naziri azərbaycanlıların yaşadığı bölgəyə səfər edəcək

Bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxaria azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsinə səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı hakim Gürcü Arzusu Partiyasının Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə majoritar deputatlığa namizədi Qogi Meşvelianinin yerli sakinlərə rəsmi təqdimetmə mərasimində iştirak edəcək.

Tədbirlər Tsalka, Dmanisi və Bolnisi rayonlarında baş tutacaq. Hakim partiyanın baş katibi Kaxa Kaladze, parlament sədri Arçil Talakvadze və digər rəsmi şəxslər də mərasimlərdə iştirak edəcəklər.

Növbəti günlərdə Gürcü Arzusu Partiyasının Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizədi Zaur Darğallı da rəsmən təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net