Avropa Parlamenti Belarusdakı seçkiləri tanımayıb - VİDEO
Tarix: 17-08-2020, 16:35 | Çap et
Avropa Parlamentinin üzvləri Belarusdakı seçkilərin nəticələrini tanımayıblar.

Bu barədə Brüsseldə parlamentin partiyalarla ortaq bəyanatında deyilir.

“Avqustun 9-da prezident seçkiləri nə azad, nə də ədalətli keçdi. Etibarlı hesabatlar Svetlana Tixanovskayanın qələbəsindən xəbər verir.

Buna görə də biz Aleksandr Lukaşenkonu Belarusiyanın yenidən seçilmiş prezidenti kimi tanımırıq və onu Avropa İttifaqında “persona non grata” (arzuolunmaz şəxs) hesab edirik.

Belarus xalqının müstəqil müşahidəçilərin nəzarəti altında azad seçkilərlə bağlı yeni tələblərinə qoşuluruq”, - deyə bəyanatda qeyd edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net