Rusiyada insanlarda və heyvanlarda koronavirusu müəyyən edən test sistemi yaradılıb.
Bu barədə RBK Rusiyanın Veterinar və Fitosanitar Nəzarət Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, test sisteminin köməyilə Moksva və Tümendə iki pişikdə koronavirus müəyyən edilib.
S.Dankvert bildirib ki, hazırda heyvanlar üçün koronavirus peyvəndinin hazırlanması istiqamətində işlər aparılır.